Rəhim Rozanı “ağ yuyub qara sərdi”: “O insanı yerlə bir edərəm”

“Həyatımda Rozanı 4 dəfə görmüşəm. Onunla ailəvi gediş-gəlişimiz yoxdur. Roza evimdə olmayıb. O, ünvanımı bilmir”.
“Sherg.az” xəbər verir ki, bu sözləri müğənni Rəhim Rəhimli  “ATV Maqazin onlarla” proqramının “ 33 sual” rubrikasında həmkarı Roza Zərgərli haqda söyləyib. Sənətçi R.Zərgərlinin “Rəhimin evində qonaq da olmuşam. Anasının əllərindən öpürəm” sözlərinə münasibət bildirib:
“Heç bir konsertdə üz-üzə gəlməmişik. Səhnədə birgə çıxış etdiyim sənətçilər Brilliant Dadaşova, Röya  Ayxan, Aygün Kazımovadır. Heç vaxt Roza olmayıb.  Çox konserti özüm təşkil edirəm və ora Rozanı istəmərəm. Anamın, qardaşımın adını bilməz. Mən də onun ailəsini tanımıram. İki dəfə onunla telefonda danışmışıq. Bir dəfə konsertə dəvət etmişdi. Böyük məmnuniyyətlə  qəbul etdim. Çünki həmin konsertdən yığılan vəsait bir uşağın əməliyyatı üçün xərcləndi”.

İfaçı R.Zərgərlinin “ Bir musiqi qrupu ilə mübahisə etdim. Rəhim onları mənə qarşı qızışdırdı. Dedi ki, mən sizə şərait yaradıram, çıxın onu yıxıb-sürüyün” iddialarına da cavab verib:

“Düz deyir. Elə bir şey etmişəm. Mənə qrupdan zəng gəldi. Dedilər ki, biz Roza xanımın konsertində idik. Pulumuzu vermədi. İşlətdi, çapdı,taladı, amma qonorar ödəmədi. Dedim, ola bilməz. Çünki o konsertdə mən də iştirak etmişəm. Bilirəm ki, Rozanın imkanı yaxşıdır,  studiyası, maşını və sair var. Amma and içdilər ki, vermədi. Söylədim  ki, kim olursa, olsun, pulunuzu ödəməyibsə, yıxıb-sürüyün. O insanı yerlə bir edərəm. Musiqiçinin  pulunu ödəməmək nə deməkdir?! Bildiyimə görə, indiyənə qədər pulunu verməyib”.

R.Rəhimli verilişdə həmin musiqiçilərdən birinə zəng edib. O da hələ də R.Zərgərlidən pulu ala bilmədiklərini təsdiqləyib. Rəhim isə onun əvəzindən musiqiçilərin pulunu ödəyib, jest edə biləcəyini xüsusi vurğulayıb:

“Musiqiçinin pulunu ödəməmək yaxşı deyil. Rozaya nə olub? Allah şəfasını versin”.