Ərdoğan NATO sammitində Merkellə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində Almaniya kansleri Angela Merkellə görüşüb.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Yarım saat davam edən görüşdə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə yanaşı Milli Müdafiə naziri Hulusi Akar da iştirak edib.