Miqrantları daşıyan gəmi batıb, 150-dən çox insan ölüb - YENİLƏNİB

Yəmən sahillərində gəminin qəzaya uğraması nəticəsində dənizdə 150-dən çox insanın meyiti aşkarlanıb.
“Report” xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilib ki, hadisə miqrantları daşıyan gəmi ilə balıq ovlayan gəminin toqquşması nəticəsində baş verib.

15:36
Yəmən sahillərində göyərtəsində 250-dən çox miqrant olan gəmi batıb.

“Report” xəbər verir ki, məlumatı “Sky News Arabia” telekanalı yayıb.

Bildirilib ki, gəmi Afrikadan olan qanunsuz miqrantları daşıyırmış.

Gəminin sərnişinlərinin taleyindən xəbər yoxdur.