Prezident və birinci xanım Füzulidə...  - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfər ediblər.
"Sherg.az" xəbər verir ki, dövlət başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Prezidentə hava limanında görülən işlər barədə məlumat verilib.

Prezident və birinci xanım Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar. Dövlət başçısına su anbarının texniki göstəriciləri barədə məlumat verilib.

Daha spnra İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olub. Dövlət başçısına avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verilib.

İlham Əliyev və Mehriban Əliyeva iyunun 14-də yeni tikilən "Füzuli” yarımstansiyasının açılışında da iştirak ediblər. Dövlət başçısına 110/35/10 kilovoltluq yarımstansiyada görülən işlər barədə məlumat verilib.
 
Daha sonra Prezident Zəfər yolu üzərində inşa edilən körpüdə görülən işlərlə tanış olub. İlham Əliyevə körpünün texniki göstəriciləri barədə məlumat verilib.
 
İlham Əliyev bu gün həmçinin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub. Dövlət başçısına tunelin texniki göstəriciləri barədə məlumat verilib.