"Yemək hazırlamıram, evimizin aşağısında restoran almışam"

Aşıq Zülfiyyə biznes qurduğunu açıqlayıb.
"Sherg.az" axşam.az-a istinadən xəbər verir ki, sənətçi restoran açıb. Zülfiyyə "Zaurla Günaydın" proqramında deyib ki, məkanı satın alıb:
"İki ildir heç bir yemək hazırlamıram. Evimizin aşağısında restoran almışam. 500 kvadratmetrlik məkandır. Kirayə deyil, satın almışıq. İçərisində özümüzə otaq hazırlamışıq, səhərdən axşama qədər orada oluruq"