Zidanla jurnalist arasında insident yaşandı

Madrid “Real”ının sabiq məşqçisi Zinəddin Zidanla jurnalist arasında insident yaşanıb.
“Onze Mondial” xəbər verir ki, fransız mütəxəssis ötən gün “Rayo Valyekano” klubunda qapıçı kimi meydana çıxan oğlu – Luka Zidanın oyununa tamaşa etmək üçün stadiona yollanıb.  
Stadiona girişdə jurnalistlərdən biri Z.Zidana “Real”ı tərk etməsi barədə sual ünvanlayıb.
Öz növbəsində 48 yaşlı futbol mütəxəssisi jurnalistin sualına kobud cavab verib:
“Mənə eyni məzmunda axmaq sualları verməyə davam edəcəksiz? Sənin gördüyün iş rüsvayçılıqdan ibarətdir”, - əsəbi halda Z.Zidan qeyd edib.