Dünyanın ən böyük ailəsinin başçısı vəfat etdi - FOTOLAR

Hindistanda 38 arvadı və 94 uşağı ilə dünyanın ən böyük ailəsinə sahib biri kimi tanınan Ziona Çana 76 yaşında vəfat edib. 
"Sherg.az" "Ntv.com"a istinadən xəbər verir ki, ailə 100 otaqlı 4 mərtəbəli evdə yaşayır. 
Diabet və təzyiq xəstəsi olan Çananın xəstəxanaya yerləşdirilib, lakin səhhətinin pisləşməsindən sonra dünən gecə öldüb. 
Qeyd edək ki, Çananın 33 nəvəsi var. Onun ailəsinin həyat tərzi və ailə üzvlərinin rekord sayı bölgəyə turistləri cəlb edir. Məlumata görə, arvadları Çananın yataq otağının yanındakı yataqxanada qalırlar.
1945-ci ildə anadan olan Çana, ilk dəfə özündən 3 yaş böyük olan qadın ilə 17 yaşında evlənib.