Dünyanın ən qiymətli paraziti: kilosu 140 min dollar 

Əsrlərdir ənənəvi Çin və Tibet təbabətinin əsasını təşkil edən tırtıl göbələyi dünyanın ən qiymətli parazitidir. Nepal, Tibet, Hindistan və Butanın ucqar bölgələrində hər il yalnız bir neçə həftə çıxan tırtıl göbələyinin bir kilosu 140 min dollara satılır. 
"Sherg.az" "Sabah.com"a istinadən bildirir ki, tırtıl göbələyi göbələk hüceyrələrinin tırtıl hüceyrələrinə girməsi nəticəsində əmələ gəlir. 
İlin müəyyən bir vaxtında təbiətdə bir bitki olaraq ortaya çıxan tırtıl göbələyi Tibet, Nepal və Himalayadakı bəzi şəhərlərin dolanışığını təmin edir. Bu parazit ənənəvi tibbdə əsrlər boyu immunitet artırıcı olaraq istifadə edilib.