Amerika Kubokunun qısa icmalı

Braziliyada futbol üzrə “Copa America” yarışı davam edir.
Oxu.Az-ın xəbərinə görə, ötən il Argentina və Kolumbiyanın şərikli iştirakı ilə keçirilməli olan yarış pandemiya səbəbindən bu il baş tutur.
10 Cənubi Amerika millisi Cənub və Şimal zonası üzrə bölündüyü iki qrupda mübarizə aparır. A qrupunda (Cənub zonası) Argentina, Boliviya, Uruqvay, Çili və Paraqvay, B qrupunda (Şimal zonası) Kolumbiya, Braziliya, Venesuela, Ekvador və Peru yarışır.
Artıq A qrupunda Argentina – Çili (1:1) və Paraqvay – Boliviya (3:1), B qrupunda isə Braziliya – Venesuela (3:0) və Kolumbiya – Ekvador (1:0) oyunları baş tutub. Qruplarda növbəti turun oyunları 17 və 18 iyunda keçiriləcək.
Qeyd edək ki, bu yarışlarda Asiya Kubokunun əvvəlki qalibləri – Avstraliya və Qətər də iştirak etməli idi. Lakin hər iki komanda Asiya zonasında dünya çempionatının seçmə oyunlarının iyunda keçirilməsi səbəbindən, bu yarışlarda iştirak etməkdən imtina edib.