Ölkə üzrə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 705 vaksin vurulub.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 850, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 855 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 816 346, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 842 954, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 973 392 təşkil edir.