Ərdoğandan AÇIQLAMA: “Şuşada baş konsulluq açacağıq”

Türkiyənin Şuşada baş kosnulluğunun açılması gözlənilir. 

Oxu.Az-ın məlumatına görə, bunu Şuşada səfərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

“Biz Türkiyə olaraq Şuşada ən qısa zamanda baş konsulluq açmağı planlaşdırırıq. Beləcə regionda reallaşdırılacaq fəaliyyətin daha sürətli həyata keçməsini təmin edəcəyik”, - deyə R.T.Ərdoğan əlavə edib.