Gürcüstanda turizm mövsümü açıq elan olunub

Gürcüstanın Batumi şəhərində yeni turizm mövsümünün açılışı olub.
Bu barədə ölkənin İctimai televiziyası məlumat yayıb.
Mərasimin mərkəzi Batumi bulvarı olub. Burada Caz qruplarının konserti keçirilib.
Açılış münasibəti ilə gün ərzində Acariyadakı bütün muzeylər və sərgi salonlarına giriş pulsuz olub.
Yerli hakimiyət orqanları pandemiya ilə bağlı məhdudiyyətləri də nəzərə alaraq, turistləri ehtiyat tədbirlərinə riayət etməyə çağırıb.
Qeyd edək ki, açılış mərasimində Acariya yerli hökumətinin başçısı Tornike Rijvadze iştirak edə bilməyib. Belə ki, iyunun 8-də onun koronavirusa yoluxduğu məlum olub.