Ərdoğan Milli Məclisdə çıxış edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan Milli Məclisinin iclasına qatılacaq.
Oxu.Az xəbər verir ki, Türkiyə lideri iclasda çıxış edəcək.
Qeyd edək ki, Ərdoğan iyunun 15-dən Azərbaycanda rəsmi səfərdədir. O, dünən Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada görüşüb. İki ölkə başçıları müttəfiqlik haqqında Şuşa bəyannaməsi imzalayıblar.