Müğənnidən etiraf: "Rəsmi nikahım olsa..."

Müğənni Dilarə Kazımova Lamiyə Balacayevanın təqdimatında yayımlanan “Üzə-düz” proqramında özəl həyatından danışıb.

“Sherg.az” xəbər verir ki, o həyatında “heç vaxt etmərəm” demədiyini söyləyib:

“Əks halda “gülmə qonşuna, gələr başına” məsəli olur. Desəm ki, ikinci evlilik ola bilməz. Sonra birdən görərsiz ki, rəsmi nikahdayam. Qismət olsa, yaşanacaq".

O “Rəsmi nikah olmadan uşaq dünyaya gətirərsinizmi?” sualına gəlincə bunları deyib:

“Rəsmi nikah olmasını çox istərdim. Əvvəlcə uşağa  görə istəyərdim. Özüm rahat olaram. Amma  istəmərəm ki, kimsə uşağa nəsə desin, tənə etsin.  Məncə, övladıma fikirlərimi düzgün çatdıra biləcəm. O məni başa düşəcək. Anlayacaq ki, dünya dəyişir. Məsələn, bəzi ailələrdə ər arvadını döyür, uşaq da buna şahid olur. Onlar ayrılmaq istəmirlər. Lakin bu qadın və övladı üçün travmadır. İnsanların bir-birini sevməməsini anlamıram. Bəlkə də xoşbəxt ola bilərlər. Düşünürəm ki, çox gözəl ana olaram.  Tələbkar davranaram. Övladım  olsa da, müəyyən çərçivələrin varlığını bilməlidir. Həm də uşağa basqı etmərəm. Bilirəm ki, həyatını yaşayıb, öz səhvlərini anlamalıdır”.