Bakıda piyadanı avtomobil vurub

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

1952-ci il təvəllüdlü Mahmudova Nigar Mehdi qızı yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.