Goranboyda sürücü törətdiyi qəzada öldü

Goranboy rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Safıkürd ərazisində qeydə alınıb.

"VAZ-2106" markalı avtomobil idarəetmədən
çıxaraq yol kənarına aşıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.