"Masumlar apartmanı"nın aktrisası boşanır

"Masumlar apartmanı" serialında rol alan aktrisa Merve Dizdar aktyor həyat yoldaşı Gürhan Altundaşardan boşanır.
Axşam.az xəbər verir ki, aktrisa barələrində yayılan aldatma xəbərləri ilə bağlı İnstaqramda paylaşım edib:

"Maqazin xəbərlərini bilmirəm, başa da düşmürəm. Xəbərlər necə yayıldı məlumatım yoxdur. Gürhanla qarşılıqlı razılığa gəlib, dost kimi ayrılmışıq. Yayılan çirkin şayiələrin heç biri doğru deyil. Xahiş edirəm, çətindir bizim üçün. Nə Gürhan, nə də mən biri-birimizi aldatmamışıq. Sadəcə ayrılmışıq".