Müğənni Zamiq 7 il sonra...

Müğənnilər Zamiq Hüseynov və Röya Ayxan  7 il sonra duet oxuyacaqlar.

“Sherg.az” xəbər verir ki, Zamiq bu barədə “MTV Azərbaycan”a açıqlamasında danışıb. O, mövzu haqda bunları söyləyib:
 
“Dostlarla yığışmışdıq. Dedilər ki, çox ara vermisiniz, birgə duetləriniz yaxşı alınır, dinləyicilər də sizi gözləyir.  Biz də qərar verdik. Çox qısa müddətdə-10 gün ərzində mahnını hazırladıq. Həm lirikdir, həm də yaxşı mənada baş oynadandır. Məncə, hit olacaq. Yeni üslubdadır. Klip çəkilişində rejissorun işinə qarışmadım. Hər klipin öz fəsli var. Hətta qışda da çəkiliş edəndə, deyirəm, çox qalın geyindirməyin. Çünki havalar isinsə, klipi yayımlaya bilmərik. Rejissorla fikirlərimizi bölüşürük. Amma iş vaxtı nəsə söyləmirəm. Özümlə bağlı bir şey deyə bilərəm”.

Sənətçi nə vaxtsa hansısa bir klipinin rejissorluğunu özünün edə biləcəyini deyib:

“Bir dəfə klipdə səhnəni mən qurmuşdum, geyimləri də özüm seçmişdim. Rejissorla birgə etmişdik. Bundan sonra da belə olacaq.
 Pandemiya  ilə əlaqədar konserti reallaşdıra bilmədik. Hazırda restoronlarda konsertlər olar. Təbii az insanla və  sosial məsafəni qorumaq şərti ilə mümkündür. Lakin icazə verilsə, “Yaşıl teatr” və  Heydər Əliyev adına sarayda sevgi ilə çıxış edən  insanlardan biri olaram. Heydər Əliyev sarayını çox sevirəm. Azərbaycanın ən möhtəşəm və mötəbər konsert zallarından biridir. Orada da çıxış etmişəm. Bundan sonra da orda  olmasını istərdim”.