Türkiyədə İŞİD-ə maliyyə yardımı edən 40 şübhəli saxlanılıb

Ankara mərkəz olmaqla Türkiyənin 12 əyalətində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD-ə maddi yardım etməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, məlumatı Ankara Baş Prokurorluğu yayıb.
Bildirilib ki, terrorçu İŞİD qruplaşmasına maddi yardım etməkdə şübhəli bilinən 61 nəfərin tutulmasına dair sanksiya verilib. Onların 40-ı “terrorçuluğu maliyyələşdirmə” ittihamı ilə saxlanılıb. Şübhəlilərin 5-i Suriya vətəndaşıdır.