“Barselona” türkiyəli oyunçunu heyətinə qatmaq istəyir

İspaniyanın “Barselona” klubu türkiyəli müdafiəçi Çağlar Söyüncünü heyətinə qatmaq üçün hərəkətə keçib.
AS agentliyi xəbər verir ki, bu məqsədlə Kataloniya rəhbərliyi futbolçunun oynadığı “Lester Siti” klubu ilə danışıqlar aparır.Mənbə iddia edir ki, İngiltərə klubu 25 yaşlı türkiyəli müdafiəçi üçün “Barselona”dan 50 milyon avro tələb edir.
Mətbuata danışıqların nəticələri barədə AVRO-2020 bitəndən sonra dəqiq məlumatın veriləcəyi deyilir.