Azərbaycanla Türkiyə arasında Təhsil Körpüsü - YENİLİK

Şəhid Sərdar Denizər İmam Hatip Orta məktəbindən Habip Arvas və Gəncədəki 22 saylı tam orta məktəbdən Mehriban Hüseynovanın birgə qurduğu “e-Twinning” layihəsi “Manisafer” şagirdlərə və onların valideynlərinə media savadlılığı, internet təhlükəsizliyi və “e-Safety Etiket” bilikləri mövzusunda müxtəlif təlim kursları verib.

Uzaqdan təlim zamanı “e-Safety Label” biliklərinə əsaslanan layihə iki ölkə müəllimləri arasında güclü təhsil körpüsü olub.

Bu barədə Oxu.Az-a Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, layihənin qurucularından olan Habip Arvas layihənin qiymətləndirilməsində məqsədlərinin “e-Safety Label” mədəniyyətini yaymaq və beləliklə internet təhlükəsizliyi barədə məlumatlılığı artırmaq olduğunu söyləyib:

“Uzaqdan təhsil zamanı tələbələrimiz onlayn dünya ilə daha çox vaxt keçirib. Bu vəziyyətlə valideynlərimizin necə narahat olduğunun fərqindəyəm.

Ölkəmizin də üzv olduğu Avropa “e-Safety Label” platformasının Türkiyədəki səfirlərindən biriyəm. “E-Twinning Manisafer” layihəsini səfirlik missiyası olaraq məsul olduğum sahə olan Manisada “e-Safety Label” mədəniyyətinin təməlini yaratmaq üçün qurduq. Layihə tələbələrimizə xarici dillərini inkişaf etdirmək və internet təhlükəsizliyi və media savadlılığı kimi mövzularda təcrübə qazanmaq imkanı verib.

Valideynlərimizi işimizə cəlb edərək, uşaqlarının internet təhlükəsizliyindəki tərəqqisini yaxından izləmələrini təmin etdik. Bundan əlavə, müxtəlif mütəxəssislərlə təşkil etdiyimiz onlayn seminarlar vasitəsilə valideynlərimizin internet təhlükəsizlik mədəniyyətinə töhfə verməyə çalışdıq. Tələbələrimiz “web 2.0” alətlərindən istifadə edərək rəqəmsal (digital) bacarıqlarını inkişaf etdirdilər.

Layihə müddətində tələbələrimizin etdikləri işləri bir araya gətirdik. Bir media savadlılığı terminləri lüğəti, bir internet təhlükəsizlik terminləri lüğəti, internet təhlükəsizliyi məsləhətləri kitabı, dezinformasiya, on altı sualda kiber zorakılıq, müəllif hüququ lisenziyası kitabı və rəqəmsal ayaq izləri kataloqu kimi müxtəlif məhsullar əldə etdik.

Bu onlayn məhsula və daha çoxuna bu link vasitəsilə baxa bilərsiniz -https://linktr.ee/manisaferproject

Layihəni tam başa çatdırdıqlarını bildirən Arvas layihə zamanı göstərdikləri fədakarlığa görə Manisa, Azərbaycan Gəncə və Şimali Makedoniya Üsküpdən olan tərəfdaşlara təşəkkür edib. Bu layihənin Gəncə ilə Manisa arasında möhkəm bir qardaşlığa səbəb olduğunu söyləyib.

“Türkiyədəki “e-Twinning” layihələrinin milli direktoru Mehmet Fatih Döğer iki dövlət arasındakı bərabərliyi ilə fəaliyyət göstərməyə çağırıb. Direktorumuzun çağırışı bu layihə ilə mənalı oldu. Beləliklə, layihəm fərqli təhsil layihələrində birləşməyə xidmət etdi”, - deyə Arvas bildirib.