İzləyicisi Naziləyə "Bu, nə gündə olub" yazdı, şairə də ona...

Şairə Nazilə Səfərli onun arxiv fotosu ilə indiki halını müqayisə edənlər üçün video çəkib.
“Sherg.az” xəbər verir ki, o, məlum duruma üsyan edib:
“Sosial şəbəkələrdə tez-tez  məşhurların gənclik illərindəki makiyajsız fotoları ilə indiki halını müzakirə edirlər. Normaldır. İnsanlar da yazırlar ki, nə gündə olub, pul nələrə qadir imiş. Mənim “direct”im açıqdır. Şəkillərinizi göndərin görək siz nə gündə olmusunuz. Düzdür, burnum yekə idi.  Deyirlər, üzündə plastik əməliyyat var. Estetik etdirənin belə buxağı olur? Söyləyirlər ki, üzünə gel vurdurmusan. Əksinə üzümün incə olmağını istəyirəm, bir az kobuddur.  Nə edim anam məni belə doğub”.