Bakıda avtobusla minik maşını toqquşdu: Xəsarət alan var

Bakı şəhəri, Qaradağ rayonunda “Iveco” markalı avtobus və “Haval” markalı minik avtomobili toqquşub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.