Antoniu Quterriş yenidən BMT-nin Baş katibi seçilib

BMT Baş Assambleyası təşkilatın hazırki Baş katibi Antoniu Quterrişin ikinci müddətə seçilməsi barədə qərar qəbul edib.
TASS xəbər verir ki, iclas zamanı müvafiq qərar Baş Assambleyanın 75-ci sessiyasının sədri Volkan Bozkır tərəfindən elan edilib.
Daha sonra A.Quterrişin andiçmə mərasimi keçirilib.
Beləliklə də, BMT-nin hazırki rəhbərinin səlahiyyət müddəti 2026-cı ilin dekabrın 31-dək uzadılıb.  
Qeyd edək ki, A.Quterriş BMT Baş katibi vəzifəsinə yeganə namizəd olub.