Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevlə görüşüb.
APA-nın yerli bürosunun xəbərinə görə, görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.
Görüşdə türk dünyasında əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.