Ağcabədidə 17 yaşlı yeniyetmə  babasının evində özünü asaraq intihar edib


Gəncə sakini Ağcabədi rayonunda intihar edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Gəncə şəhər sakini, 17 yaşlı A.H Ağcabədi rayonunda, babasının evində özünü asaraq intihar edib.

İntiharın səbəbi məlum deyil.

Qeyd edək ki, o, Gəncə şəhərində yerləşən orta məktəblərin birinin builki məzunu olub.

Faktla bağlı araşdırma aparılır.