Rusiya səfiri ABŞ-a qayıtdı


Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden, iyunun 16-da Cenevrədə keçirilən görüşdə səfirləri geri qaytarmaq barədə razılığa gəliblər.

 İki ölkə arasındakı münasibətlərin pisləşməsi fonunda mart ayında Moskvaya məsləhətləşməyə dəvət olunan Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ-a uçub.

Bu barədə RİA Novosti məlumat yayıb. 

Məlumata görə, Antonov Moskva vaxtı ilə təxminən 9:20-də (Bakı vaxtı ilə 10:20) Şeremetyevo hava limanından Nyu-Yorka uçub, oradan da Vaşinqtona gedəcək.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden, iyunun 16-da Cenevrədə keçirilən görüşdə səfirləri geri qaytarmaq barədə razılığa gəliblər.

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan bu ərəfədə tezliklə Rusiyaya dönəcəyini bildirib.