Su üstündə qan töküldü, 2 nəfər öldü, 8 nəfər yaralandı

 
Babalar “bir gün su üstündə insanlar bir-birini qıracaq, qan tökəcək”, deyirdi, kimsə inanmırdı. Tarlanı suvarmaq üstündə, həm də qohumlar arasında çıxan  davada 2 nəfər həyatını itirib. Deməli, qlobal su böhranı getdikcə yaxınlaşır.

Hadisə Şanlıurfanın Suruç bölgəsində baş verib. “Sherg.az” Türkiyə mediasına istinadən bildirir ki, Suruç bölgəsində bir məhəllədə yaşayan qohumlar – Gök və Gülek ailəsi arasında əraziləri suvarma üsündə mübahisə yaranıb. Qohumlar bir-biriylə dil tapa bilmədiklərindən – suyu bölüşdürə bilmədiklərindən mübahisə  getdikcə böyüyüb. Ailə üzvlərindən kimisi əlinə dəyənək, kimisi çomaq, kimisi də tapança, tüfəng alıb, nəticədə 8 nəfər yaralanıb, onlardan Hikmət Gök və Kavas Gök güllə yarası alıb. Baş verənləri kənardan izləyənlər durumu polisə xəbər verib, təcili yardım çağırıblar. Hadisə yerinə polis qüvvələri cəlb edilib. Yaralılar təcili yardımla xəstəxanaya çatdırılıb, lakin həyatlarını xilas etmək artıq mümkün olmayıb. Yaralılardan 2-nin də vəziyyətinin ağır olduğu bildirilir.