Fazil Mustafadan təkilf: "Qarabağda araşdırmalara təqaüd ayırsaq yaxşı olmazmı?" 


 Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ermənilərin “Dağlıq Qarabağda araşdırma aparmaq” üçün xüsusi təqaüd təsis etdiyindən xəbər verir. Millət vəkili hesab edir ki, işğaldan azad olunmuş ərazilərimizdə hazırda bizim bir çox sahələr üzrə tədqiqatlar aparmağa daha çox ehtiyacımız var, lakin, nədənsə  bu heç kimin yadına düşmür. Feysbuk səhifəsində Fazil Mustafa bunları qeyd edib:  

“Caloust Gulbenkian Vəqfi Erməni Camaatları Dairesi, Yanvar 2021-ci ildə yeni bir təqaüd kategoriyasına start verib: “Dağlıq Qarabağ Araşdırmaları üçün Qısa Dövr üçün Araşdırma Təqaüdləri” ….Daha geniş olan Erməni Araşdırmaları için Qısa Müddətli təqaüdlərin bir parçası olan bu yeni kategoriyanın məqsədi, araşdırmaçıları xüsusilə 1994-cü il sonrası dövr və mövcud böhran üzərində duraraq çağdaş Qarabağ ilə bağlı mövzuları incələməyə təşviq etməkdir. 1 Mart – 20 Aprel tarixləri arasındakı ilk müraciət dövründə dörd ölkədən (Ermənistan, Fransa, Livan ve ABŞ) 18 müraciət daxil oldu. Təkliflərin çox yüksək keyfiyyəti və araşdırma mövzularının uyğunluğuna görə, bu mərhələdə təqaüd alma haqqı qazanan səkkiz namizəd seçildi. Fərqli araşdırma mövzuları bunları əhatə edir: xarici siyasət və təhlükəsizlik, beynəlxalq hüquq, mədəni kimlik, cinsiyyət problemləri, sülhün inşası, qida güvənliyi və iqlim güvənliyini ehtiva edən ekoloji məsələlər. Bu xəbərdə 30.000 € mükafat alanların adları da yer alır. 
Bu təşəbbüsün və tədqiqatarın nəticələrini bir tərəfə buraxıram. Düşündürən odur ki, bizdə belə bir tədqiqatların aparılmasını niyə stimullaşdırmırıq? Bu sahədə deputat həmkarım hörmətli Zahid Orucun rəhbərlik etdiyi Sosial Araşdırmalar Mərkəzinin çox faydalı tədqiqatları olduğu barədə məlumatlım var. Ancaq Qarabağın gələcəyi ilə bağlı, oradakı ermənilərlə münasibətlərin qurulması, bölgədə məcburi köçkünlərin məskunlaşması, infrastrukturun qurulması, bölgə dövlətləri ilə münasibətlərin hamısı ayrıca tədqiqat mövzularıdır. Bu mövzularda araşdırmalara təqaüd ayırsaq yaxşı olmazmı? Erməni fondlarının bu istiqamətdə çalışmalarına sadəcə diqqət yetirmirəm, həm də bizlərin də düşmənin gördüyü işlərlərə qarşılıq verməmizin vacibliyini xatırladıram”.