Küçə təmizləyən kişini balalarının hərəkəti ağlatdı - FOTOLAR

Atalar günündə övladları ona sürpriz hədiyyə hazırlamışdı. Küçə təmizləyən kişininsə bundan xəbəri yoxdu, başını aşağı salıb işini görürdü. Birdən reklam lövhəsindən adını eşitdi, heyrətlə başını qaldırb baxanda övladlarının onu ekrandan təbrik etdiklərini gördü.





“Sherg.az” “Milliyet.com”a istinadən bildirir ki, hadisə İstanbulun Bağcılar Meydanında yaşanıb. Bağcılar Bələdiyyəsi Təmizlik İşləri Müdürlüyündə çalışan Hüseyin Kemiksiz meydanda hərgünki işini yerinə yetirirmiş. Bu vaxt meydanda quraşdırılımış reklam lövhəsində Atalar Günü münasibətilə övladlarının onu təbrik etdiyini görüb. Hüseyin Kemiksizin 3 övladı – Zeynəb, İrəm və Mustafa atalarını təbrik ediblər.




Hüseyin Kemiksiz heyrətlə lövhəyə baxdığı anda övladları bu dəfə gözlənilmədən ortaya çıxıb atalarını qucaqlayıb, ona çiçək dəstəsi təqdim ediblər.  Əlbəttə ki, ata bu xoşbəxt anlardan təsirlənib, göz yaşlarını saxlaya bilməyib.  Məlum olub ki, təbriki Bələdiyyə təşkil edib, əməkdaşlarının övladlarını bu xeyirxah işə cəlb edib. Övladları təbriklərində atalarına “Ata, səninlə qürur duyuruq. Sən Türkiyənin ən yaxşı atasısan”, sözlərini deyir.