Salyanda batdığı ehtimal olunan qadın tapılıb

Salyanda batdığı ehtimal olunan qadının evdən qaçdığı məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İyunun 19-da Kür çayında boğulduğu ehtimal olunan Salyan rayonun Seyidsadıqlı kənd sakini, 1992-ci il təvəllüdlü Bəndəliyeva Ayşən Nemət qızının Bakı şəhərində olduğu məlum olub.

Onun axtarıldığını bilən 29 yaşlı A.Bəndəliyeva qaynına zəng edərək deyib ki, məni axtarmayın, evə qayıtmayacam:

“Sizinlə danışdığım sim kartı da danışandan sonra sındırıb atacam. Bu nömrəyə zəng edib özünüzə əziyyət verməyin”.