Batumidə vətəndaşlar və polis arasında qarşıdurma yaşandı


Batumidə, Acarıstan hökumət evi qarşısında, "Namaxvani HES"in tikintisinə qarşı etiraz aksiyası keçirilib.

24News.ge xəbər verir ki, etirazlar zamanı saxlanılan Batumidən olan idmançının azadlığa buraxılması da tələb olunub.

İdmançının yaxınları ərazidə çadırlar qurmağa cəhd ediblər, polis isə onlara icazə verməyib. Nəticədə etirazçılar və hüquq mühafizə orqanı əməkdaşları arasında fiziki qarşıdurma yaşanıb.

Məlumata görə, insident zamanı polis bir neçə nəfəri saxlayıb.