Köçəryan Masis və Tavuşda liderdir


Tavuş və Masis bölgəsində Robert Köçəryanın "Ermənistan" bloku liderdir. Bu barədə "hraparak" qəzeti seçki məntəqələrinin rəhbərlərinə istinadən xəbər verir.

***21:30

"Hraparak" qəzetinin yazdığına görə, Tavuş bölgəsindəki səslərin sayılmasına dair son məlumatlara görə, Robert Köçəryanın "Ermənistan" bloku liderdir.

İlkin məlumatlara görə, Ermənistanda parlament seçkilərində seçicilərin 49,4% -i iştirak edib. Səsvermədə 1 milyon 281 min 174 seçici iştirak edib. Bu barədə MSK sədri Tiqran Mukuçyan Mərkəzi Seçki Komissiyasının Məlumat Mərkəzində açıqlama verib.

Seçicilərin 48,63 faizinin (1 milyon 260 min 840 seçici) 2018-ci ilin dekabrında keçirilmiş erkən parlament seçkilərində iştirak etdiyi qeyd olunur.