Nəsib bəy Yusifbəyliyə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək

Azərbaycan İlahiyyat İnstitutunun və Azərbaycan Türk Ocağının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan görkəmli ictimai-siyasi dövlət xadim Nəsib bəy Yusifbəylinin 140 illik yubileyinə həsr olunmuş “İstiqlal savaşının Nəsib bəy Yusifbəyli yolu” adlı elmi-praktik konfrans keçiriləcək. 

Azərbaycan Türk Ocağının sədri, tarix üzrə fəlsəfə doktoru, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının məlumatına görə, konfransın iyul ayının əvvəllərində keçirilməsi planlaşdırılır: 

“Konfrans bir gün davam edəcək. Tədbirdə Azərbaycandan 20-yə yaxın alim, millət vəkilləri, elm xadimləri, Türkiyədən qonaqlar iştirak edəcək. Elmi-praktiki məruzələr toplu şəklində çap olunacaq”.