"Nəsib bəy Yusifbəylinin140 illik yubileyi qeyd olunsun"

“Nəsib bəy Yusifbəylinin 140 illik yubileyi qeyd olunmalıdır”. 
“Sherg.az” xəbər verir ki, bu barədə Milli Məclisin iclasında millət vəkili, BQP sədri Fazil Mustafa deyib. 
Deputat bildirib ki, bir çox hallarda dövlət rəhbəri ictimai-siyasi dövlət xadimlərinin yubileyləri ilə bağlı sərəncamlar verir, öz diqqət və yanaşmasını ortalığa qoyur. 


“Nəsib bəy Yusifbəyli 1920-ci ilin yanvar ayında Azərbaycan hökumətinin başında olanda Azərbaycan müstəqilliyi de-fakto tanınmışdı. Nəsib bəy 39 yaşında həlak olub. Bugün polislərin peşə bayramını qeyd edirik. Nəsib bəy Yusifbəyli Cümhuriyyətin daxili işlər naziri olub. Bu il Nəsib bəy Yusifbəylinin 140 illik yubiliyedir. Lakin əfsuslar olsun ki, Nəsib bəyin yubileyi qeyd olunmur. Bu məsələyə əhəmiyyət verilmir. Halbuki, onun 140 illik yubileyi qeyd olunmalıdır. İnanmıram ki, bunun səbəbi unutqanlıqdır”.