Leyla Əliyevanın kitabı Ukraynada nəşr olunub

Gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Svit take, yak son” (“Dünya yuxutək əriyir”) kitabı Kiyevdə nəşr olunub.

Zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görmüş kitabın ukrain dilinə tərcüməçisi – tanınmış Ukrayna şairi, mütərcimi, filoloq-alim Lesya Mudrak, redaktoru –Taras Şevçenko Milli Mükafatı laureatı, yazıçı Qriqori Quseynovdur.

Kitabın dizayn tərtibində Leyla Əliyevanın müəllif rəsmlərindən istifadə olunub.