Bu balınaya gecə-gündüz keşik çəkirlər - SƏBƏB?+ FOTOLAR

Yeni Zelandiyada insanlar anasına ehtiyacı olan “Toa” adlı körpə "qatil balinası"nı yaşatmaq üçün gecə-gündüz keşik çəkirlər.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, könüllü şəxslər heyvanın anasını tapmaq üçün Vellinqtonda üzürlər, təyyarələr havadan müşahidələr aparır.
Yeni Zelandiyanın Qoruma Departamentindən verilən məlumata görə, 4 aylıq erkək qatil balina paytaxtın şimalında daşlara dəydikdən sonra vəhşi təbiət rəsmiləri tərəfindən həyata qaytarılıb.

Daha süddən kəsilməyib

“Toa” (Maori dilində “döyüşçü”) adlanan 2,5 metr uzunluğundakı heyvan süddən kəsilmədiyi üçün okeanda tək yaşaya bilməz. Qoruma Departamentinin dəniz növləri üzrə məmuru Lan Angus bildirib ki, balına hələ çox kiçik olduğu üçün qarşıda böyük çətinliklər var: “Onu anasına necə qaytaracağımızı düşünməliyik, çünki xüsusilə qidalanmada köməyə ehtiyacı var.

 24 saat izlənilir

 “Toa” hazırda dənizkənarı ətrafında iki dayaq arasında inşa edilmiş müvəqqəti bir kotecdə saxlanılır. Heyvan 4 saatdan bir boru ilə qidalanır və dənizə qayıtmasının qarşısını almaq üçün xüsusi paltar geymiş könüllülər tərəfindən gecə-gündüz izlənir.

L.Angus körpə balinanın gələcəyi ilə bağlı nikbin olduğunu, ancaq Yeni Zelandiyada heyvana uzun müddət baxa biləcək bir obyekt olmadığını deyib:

“Ona görə də balinanın anasının ən qısa zamanda tapılması vacibdir. “Toa” çox stresli bir təcrübə yaşadı, amma indi sağlamlığı yaxşı görünür. "Qatil balinalar" olduqca sərt heyvanlardır. “Toa”nı yavaş-yavaş yeməyə məcbur edirik, buna görə sağlamlığında yaxşı əlamətlər var”.