KURİOZ! - Bu şəxs ildə 300 gün yatır: yuxuda qidalandırırlar

 Hindistanın Naqaur şəhərində yaşayan 42 yaşlı kişi nadir xəstəlikdən əziyyət çəkir. Purkharam adlı şəxsin ayda 25 gün fasiləsiz yatdığı ortaya çıxıb.
“Sherg.az” türk mediasına istinadən bildirir ki, Purkharama 23 il əvvəl “ox hipersomniyası” diaqnozu qoyulub.
İlin 300 gününü yatdığı üçün ailəsi Purkharamı yuxuda olarkən çimdirir və yemək verir. Purkharam ayda 25 gün fasiləsiz yatdığına görə sahibi olduğu  baqqal mağazasını ayda yalnız 5 gün açır. 42 yaşlı kişi müalicə almasına və həddindən artıq yatmasına baxmayaraq, bədəninin tez yorulduğunu və məhsuldarlığının sıfır olduğunu söyləyib. Onun xəstəliyi ilə əlaqədar şiddətli baş ağrıları da olur.