Olimpiya Oyunları iştirakçılarında COVID-19 aşkarlandı

Təkcə ötən gün Tokioda keçirilən Yay Olimpiya Oyunlarının 12 iştirakçısının COVID-19 testi müsbət çıxıb.
Bu barədə məlumat Tokio-2020 Yay Olimpiya Oyunların Təşkilat Komitəsinin rəsmi saytına dərc edilib.
Qeyd olunur ki, 12 nəfərdən ikisi Olimpiya kəndində yaşayan idmançı, digərləri isə texniki işçilərdi.
Xatırladaq ki, Tokio-2020-nin açılış mərasimi sabah (iyulun 23-də) baş tutacaq.
Olimpiadaya avqustun səkkizində yekun vurulacaq.