Azərbaycan və Rusiya birgə lizinq şirkəti yaradacaq

Bu gün Rusiyanın "Roseksimbank" SC-nin himayəsi ilə Bakıda keçirilən Rusiya şirkətlərinin işgüzar missiyası çərçivəsində Gəncə Avtomobil Zavodu ("GəncAZ") ilə Rusiyanın "KamAZ" şirkəti arasında müqavilə imzalanacaq.

"APA-Economics"in əldə etdiyi məlumata görə, sənədə əsasən Azərbaycanda yeni lizinq şirkəti yaradılacaq.