Nazir: "Azərbaycan və Rusiya beynəlxalq nəqliyyat dəhlizlərinin təşkilində sıx əməkdaşlıq edir"

Azərbaycan və Rusiya beynəlxalq nəqliyyat dəhlizlərinin təşkili və müntəzəm marşrutların genişləndirilməsi istiqamətində sıx əməkdaşlıq edir.

"APA-Economics" xəbər verir ki, bunu Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası çərçivəsində Bakıda keçirilən tədbirdə çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, yük dövriyyəsindəki illik artım müsbət amildir: "2020-ci ildəki pandemiyaya baxmayaraq, artım davam edib və keçən il ümumi yük daşımalarının həcmi təxminən 8 mln. ton təşkil edib".

Nazir onu da əlavə edib ki, nəqliyyat qovşaqlarının blokdan çıxarılması və Zəngəzur dəhlizinin açılması yalnız Rusiya və Azərbaycanın nəqliyyat potensialına deyil, bütövlükdə bütün bölgəyə xidmət edəcəyinə ümid edirik.