İnsanların gözü qarşısında...

15 yaşlı qıza dənizdə təcavüz edildi
Hadisə İngiltərənin Dorset qraflığı ərazisindəki Burnemut sahillərində baş verib. “Şərq” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə B.Britaniya yerli mətbuatı məlumat yayıb. Dənizdə rəfiqələri ilə birlikdə topla oynayan qızcığaz gözlənilmədən təcavüzə məruz qalıb. Hadisə həmin vaxt dənizdə çimən insanların gözü önündə baş verib. Təcavüzə məruz qalan qızın 15 yaşında, təcavüzkarınsa 17 yaşlı birisi olduğu deyilir. Hazırda polis 17 yaşlı təcavüzkarın axtarışlarını davam etdirir.