Barışmaq üçün gəldi, dəhşət saçdı

Ov tüfəngi ilə 2 nəfəri qətlə yetirdi

Ankarada Özkan Güclü evi tərk etmiş həyat yoldaşı ilə barışmaq üçün qayınatasının evinə gedib. Lakin qayınatası Ahmet Meral ilə qardaşı oğlu Burhan Koyunçunu tüfənglə vuraraq qətlə yetirib. Polisə təslim olan Ö.Güclü həbs edilib. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Ankaranın Haymana bölgəsi, Yurtbəyli məhəlləsində meydana gəlib.

Özkan Güclü Haymana bələdiyyəsində çalışır. 3 övlad atasıdır. Həyat yoldaşı Dərya Güclü isə bir müddət əvvəl evi tərk edərək atasıgilə gedib. Ö.Güclü barışmaq üçün qayınatasının evinə gedib.

Qayınata yeznəyə “qızıma bir az zaman ver”, deyib. Bu zaman A.Meralın qardaşı oğlu Burhan Koyunçu evə gəlib və tərəflər arasında mübahisə yaranıb, mübahisə münaqişəyə keçib.

Ö.Güclü evinə qayıdıb, tüfəngi götürərək qayınatasıgilə qayıdıb və həm qayınatasına, həm də onun qardaşı oğluna atəş açıb. Yaralılar xəstəxanaya aparılsa da, həyatlarını xilas etmək mümkün olmayıb.

Ö.Güclü atəş etdikdən sonra qaçıb, lakin axşam saatlarında polisə təslim olub.

Yurtbəyli məhəlləsinin muxtarı Fikrət Başak yerli mediaya açıqlamasında Ö.Güclü ilə həyat yoldaşı arasında sıxıntı yaşandığını, xanımın atası evinə getdiyini, Ö.Güclünün də bayram günü həyat yoldaşı ilə barışmaq üçün qayınatasıgilə getdiyini, lakin yaşanan münaqişənin qətllə nəticələndiyini təəssüflə bildirib.