Nazir zəif nöqtələri açıqladı:“Koronavirusla mübarizədən yorulmağımız...”

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca gecəyarısı mühüm açıqlama verib.
“Sherg.az” “Haberglobal”a istinadən bildirir ki, o, ölkədə koronavirusla bağlı mövcud durum barədə özünün “Tvitter” hesabında yazıb. “Yoluxmaların bir gün, bir neçə gün içində aşağı düşmədiyini təcrübələrimizdə görürük. Sabah, çox güman, daha çox yoluxma olacaq. Sonrakı günləri əməl etdiyimiz qaydalar, peyvəndləmələr müəyyənləşdirəcək. Almaq istədiyimiz nəticəyə görə hərəkət edək. Qətiyyətli davranaq”- deyə, nazir bildirib.
 “İkinci bir tərəfdən, ən az 63 faizimiz ilk doza vaksini vudurmuşuq. Bu, daha az olsa idi, yoluxma daha çox olacaqdı. Zəif nöqtəmiz koronavirusla mübarizə aparmaqdan yorulmağımız və bəzilərimizin peyvəndi ertələməsidir. Qaydalara əməl etməklə, vaksinlə vəziyyəti nəzarətdə saxlayaq”- deyə, Qoca əlavə edib.