Alimlərdən tövsiyə: COVİD-dən sağalanlar psixoloq qəbulunda olmalıdırlar 

Mütəxəssislər COVİD-19-un kəskin mərhələsini adlayan xəstələrdə ümumi simptomları müəyyənləşdiriblər. Bu barədə “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir. Bildirilir ki, xəstələrin, demək olar, hamısında yorğunluq, əzələ zəifliyi, nəfəs darlığı, idmana qarşı dözümsüzlük müşahidə olunur.
Həmçinin xəstələrdə sinə ağrısı, ürək döyüntüsü, narahatlıq, depressiya, yuxu və idrak pozğunluğ, oynaq ağrısı, saç tökülməsi kimi hallar da mümkündür. 
 Mütəxəssislərin sözlərinə görə, koronavirusdan sağalanlar balneoterapiya və termal palçıq terapiyasından, fizioterapiya məşqlərindən, kinesioterapiyadan keçməli, klinik psixoloq, loqoped və peşə terapevtinin qəbulunda olmalıdırlar.