Şuşa istiqamətində dəmir yolunun layihələndirməsi aparılır

“Şuşa istiqamətində dəmir yolunun layihələndirilməsi işləri aparılır”.
Oxu.Az-ın məlumatına görə, bu barədə jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov bildirib.
Onun sözlərinə görə, layihələndirmə işlərini Türkiyə şirkət həyata keçirir.
“Ora dağlıq ərazidir, həmçinin orada tunellər çoxdur. Azərbaycan Prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib. Ona görə də ora, yəqin ki, elektrik qatarları üçün yolun tikintisi vacib olacaq”, - deyə C.Qurbanov qeyd edib.