Nazir:"Azərbaycanla Rusiya birgə şirkətlər yarada bilər"

Azərbaycanla Rusiya birgə şirkətlər yarada, ortaq layihələr icra edə bilər.
"Report" xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşdə deyib.
M.Cabbarovun sözlərinə görə, bununla bağlı bu gün Rusiyalı nazir və iş adamları ilə keçirilən görüşdə müzakirələr aparılıb. Nazir əlavə edib ki, əsas müzakirə mövzularından biri azad edilmiş ərazilərimizdə fəaliyyət imkanları da olub.