Nadir sərt danışdı:"Öz dərdinizlə məşğul olun”

Müğənni Nadir Qafarzadə həmkarı, duet ortağı Ayan Babakişiyeva ilə  eşq yaşadığı iddialarına aydınlıq gətirib.
“Sherg.az” xəbər evrir ki, o, bu məsələyə həyat yoldaşının münasibətindən söz açıb. Sənətçi “Xəbər-ətər” proqramında durum haqda bunları söyləyib:
“Həyat yoldaşım sənət fəaliyyətimə başını salmır, qarışmır.  Onun üçün şou-biznes maraqlı deyil, öz aləmi var. İndi də oğlunun evlilik  hazırlıqlarına başı qarışıb. Xanımım deyir, anlayıram ki, bu sənin sənətindir.  Aktyor olsam, səhnədə müxtəlif xanımlarla  rol alanda gərək boşanardıq. O, anlayışlı xanımdır.  İyirmi səkkiz ildir ailəliyik. Sadəcə bəzi rəylər ürək bulandırır. Yazırlar ki, yazıq arvadı nələ çəkir. Siz nə bilirisniz axı? Onun dərdi yoxdur. Öz dərdinizlə məşğul olun”.