Çip defisiti 2023-cü ilə kimi uzana bilər

Yarımkeçirici çiplərin çatışmamazlığı 2023-cü ilə kimi davam edə bilər.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu “Intel” şirkətinin baş direktoru Pet Qelsincer deyib.
Onun sözlərinə görə, tələb defisiti artıq bu ilin sonuna azalmağa başlayacaq: ““TMSC” və “Intel” istehsal güclərini artırsa da, yeni zavodların tikintisinə bir neçə il sərf oluna bilər”.

Qeyd edilir ki, çiplərin qlobal çatışmamazlığı bir sıra cihazların qiymətinin artmasına səbəb olub. Mühüm hissələrin yoxluğu istehsalatın dayanmasına gətirib çıxardığına görə iri avtomobil konsernləri daha çox zərər görüblər.

Xatırladaq ki, 1968-ci ildə təsis edilən “Intel” dünyanın ən aparıcı kompüter hissələri istehsalçılarından biridir. Şirkət mikroprosessorlar da daxil olmaqla geniş spektr elektron cihazlar buraxır.