Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib

Fransa Milli Assambleyasının üzvlərindən ibarət nümayəndə heyəti bu gün Ağdam şəhərinə səfər edib.
APA-nın yerli bürosunun xəbərinə görə, fransalı deputatlar Ermənistanın Ağdamda törətdiyi dağıntıları öz gözləri ilə görüblər.
Fransa Milli Assambleyasının üzvləri Jerom Lamber, Frederik Düma, Karol Büro-Bonnar, Jan Lük Reitzer və Sandrin Morşun daxil olduğu nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, deputatlar Pərvin Kərimzadə, Naqif Həmzəyev və Müşfiq Cəfərov müşayiət edir.